q
  • Bakı 10° C

    3.81 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Son 3 ay ərzində baş verən cinayətlərin 90,1 % açılıb

CƏMİYYƏT

21 Aprel 2026 | 15:47

Son 3 ay ərzində baş verən cinayətlərin 90,1 % açılıb

Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,1 %-i açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu daxili işlər naziri Vilayət Eyvazov Daxili İşlər Nazirliyində onlayn formatda keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4,9 faiz azalma baş verib.

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub.

Qeyri-leqal dövriyyədən 2 ton 310 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 648 kiloqram çox narkotik vasitə çıxarılıb.


SON XƏBƏRLƏR