• Bakı 19° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Cəlilabadda QƏZA: Üç kənd işıqsız qaldı

CƏMİYYƏT

22 Mart 2026 | 23:13 | Müəllif: Zeynəb Rzayeva

Cəlilabadda QƏZA: Üç kənd işıqsız qaldı

Cəlilabadda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bakıvaxtı.az Bizim.media-ya istinadən xəbər verir ki, hadisə rayonun Muğan kəndində baş verib.

Belə ki, Nurəli Niftullayevin idarə etdiyi "Opel" markalı avtomobil yol kənarındakı işıq dirəyini aşırdıb. Nəticədə Muğan, Maşlıq və Söyüdlü kəndləri işıqsız qalıb.

"Azərişıq" ASC-nin əməkdaşları hadisə yerinə gələrək işıq dirəyini yenisi ilə əvəz ediblər və kəndə elektrik enerjisinin verilməsi bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026