• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Amerikada azərbaycanlı gənc itib: Polis axtarış aparır - Foto

CƏMİYYƏT

23 Mart 2026 | 09:22 | Müəllif: Zeynəb Rzayeva

Amerikada azərbaycanlı gənc itib: Polis axtarış aparır - Foto

ABŞ-də yaşayan azərbaycanlı gəncin itkin düşməsi ilə bağlı narahatlıq doğuran məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikada fəaliyyət göstərən azərbaycanlı aparıcı Aynur Talıbova sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ömər Bayramzadə Yaşar oğlu təxminən 3 həftə əvvəl Kolumbus şəhərində yaşadığı evdən çıxıb və həmin vaxtdan etibarən ailəsi onunla əlaqə saxlaya bilmir.

Bildirilib ki, hadisə ilə bağlı artıq polisə məlumat verilib və axtarış tədbirləri davam etdirilir.

Aparıcı ictimaiyyətə müraciət edərək qeyd edib ki, gənci görən və ya onun harada olması ilə bağlı hər hansı məlumatı olan şəxslərdən aşağıdakı nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 614 972 2860 


Amerikada azərbaycanlı gənc itib: Polis axtarış aparır - Foto
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026