• Bakı 11° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Tramp: İrana hücumu dayandırın

SİYASƏT

23 Mart 2026 | 15:45

Tramp: İrana hücumu dayandırın

“Məmnuniyyətlə bildirirəm ki, Amerika Birləşmiş Ştatları və İran son iki gün ərzində Yaxın Şərqdə aramızdakı qarşıdurmanın tam və qəti həlli ilə bağlı çox yaxşı və məhsuldar danışıqlar aparıblar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truthsocial” platformasında bildirib.

    “Mən həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv müzakirələrin ümumi ruhu və məzmununu nəzərə alaraq Müharibə Nazirliyinə İrana məxsus elektrik stansiyaları və enerji infrastrukturuna qarşı bütün hərbi zərbələrin beş günlük müddətə təxirə salınması barədə göstəriş vermişəm. Bu qərar davam edən görüş və müzakirələrin uğurundan asılıdır”, - ABŞ lideri vurğulayıb.


    SON XƏBƏRLƏR

    22 Mart 2026