q
  • Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Türkmənistan Xəzər üzrə yüksək səviyyəli görüş keçirəcək

SİYASƏT

22 Aprel 2026 | 14:23

Türkmənistan Xəzər üzrə yüksək səviyyəli görüş keçirəcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2026-cı ilin oktyabr ayının əvvəlində Xəzər dənizinin ekologiyası məsələlərinə dair yüksək səviyyəli görüş keçirmək planlarını açıqlayıb.

Bakıvaxtı.az Türkmənistan mediasına istinadən xəbər verir ki, bu barədə o Astanada keçirilən regional ekoloji sammitin plenar sessiyasında bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn görüş Xəzəryanı ölkələrin əməkdaşlığını ekoloji rifahın təmin edilməsi və Xəzərin nadir təbiətinin qorunması sahəsində yeni mərhələyə çıxarmalıdır.

Berdiməhəmmədov vurğulayıb ki, Türkmənistan bir Xəzəryanı dövlət kimi beynəlxalq səviyyədə ekoloji gündəliyi fəal şəkildə irəli sürür: "Biz BMT-də Xəzər ekoloji təşəbbüsü ilə çıxış etdik, onun həyata keçirilməsi konsepsiyasını hazırladıq və bütün Xəzəryanı ölkələrə göndərdik".

O, həmçinin sudan istifadə məsələləri üzrə ixtisaslaşmış regional şuranın yaradılması təşəbbüsünü irəli sürüb. Gözlənilir ki, yeni struktur BMT-nin himayəsi altında fəaliyyət göstərəcək və su ehtiyatlarının idarə edilməsi sahəsində Mərkəzi Asiya ölkələrinin səylərinin əlaqələndirilməsinin əsas mexanizmi olacaq.

Şuranın əsas vəzifəsi su ehtiyatlarının ədalətli və rasional bölüşdürülməsi prinsipləri əsasında transsərhəd suların effektiv idarəetmə sisteminin formalaşdırılması olmalıdır.


SON XƏBƏRLƏR