“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevlə Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç arasında görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə iki ölkənin enerji qurumları arasında əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Xorvatiya şirkətlərinin Azərbaycanın enerji sistemində həyata keçirilən layihələrdə iştirakı məsələləri müzakirə olunub.
Bakı 




