• Bakı 28° C

    8 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Azərbaycan və Özbəkistan XİN başçıları DANIŞDILAR

SİYASƏT

20 Iyun 2026 | 15:25

Azərbaycan və Özbəkistan XİN başçıları DANIŞDILAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan xarici işlər naziri Baxtiyar Saidovla telefon danışığı aparıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Baxtiyar Saidov “X” hesabında bildirib.

    Nazir bildirib ki, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, həmçinin müxtəlif səviyyələrdə keçiriləcək qarşıdakı tədbirlərin qrafiki ilə bağlı fikir mübadiləsi aparılıb.

    “Xüsusi diqqət qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və logistika, enerji və digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəldilib. Telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub”, - nazir əlavə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Iyun 2026