Etyen Berxtold (Etienne Berchtold) Avstriyanın Azərbaycandakı yeni səfiri təyin edilib.
Bu barədə Bakıvaxtı.az-a Avstriyanın Bakıdakı səfirliyindən məlumat verilib.
"Etyen Berxtoldun avqustun sonunda Avstriyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsinin icrasına başlayacağı gözlənilir", - səfirlikdən vurğulanıb.
Qeyd edilib ki, Azərbaycana təyin edilməzdən əvvəl Berxtold Avstriyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsində (2022-ci ilin avqustundan - red.) çalışıb.
Bakı 



