• Bakı 23° C

    15.84 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Simonyanın Putinlə bağlı bu sözləri MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

SİYASƏT

20 Iyun 2026 | 23:48

Simonyanın Putinlə bağlı bu sözləri MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

RT-nin baş redaktoru Marqarita Simonyanın Vladimir Putin barədə səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Simonyan çinli politoloq Çjan Veyveyə müsahibəsində Putinin ən mühüm xarakter xüsusiyyətinin mərhəmət olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentində bu keyfiyyət o qədər inkişaf edib ki, Putinin mərhəməti onu İsa Peyğəmbərin standartlarına yaxınlaşdırır.

Simonyan qeyd edib ki, Putinin beynəlxalq arenadakı sərt görünən davranışına baxmayaraq, bu xüsusiyyət kənardan hər zaman nəzərə çarpmır. Bununla belə, o vurğulayıb ki, prezidentin “heyrətamiz mərhəməti” onu Putinin komandasının bir hissəsi olmaqdan xüsusi qürur duymağa vadar edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026