• Bakı 28° C

    8 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Köçəryan MSK-nı məhkəməyə verdi

SİYASƏT

20 Iyun 2026 | 14:12

Köçəryan MSK-nı məhkəməyə verdi

Ermənistanın eks-prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryan İnzibati Məhkəmədə Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı iddia qaldırıb.

Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, iddiada Robert Köçəryan MSK-nın qərarını mübahisələndirib. Görünür, söhbət 17 iyunda MSK-nın onun barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə qərarından gedir.

“Factinfo”nun məlumatına görə, iddia ötən gün axşam məhkəməyə daxil olub və hakim Qriqor Arakeliana göndərilib. İddianın icraata qəbul edilib-edilməməsi barədə hələ qərar yoxdur.

Qeyd olunur ki, Robert Köçəryan barəsində cinayət təqibi 22 il əvvəl hökumətin qəbul etdiyi bir qərarla bağlı iş üzrə başlanıb. Konkret olaraq, 2004-cü ildə həyata keçirilmiş və Ermənistan hökuməti tərəfindən təsdiqlənmiş bir sövdələşmə məsələsindən söhbət gedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026