• Bakı 26° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi

SİYASƏT

20 Iyul 2026 | 10:16

Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi

Qara dənizdə mülki ticarət gəmilərinə qarşı hücumlar davam edir. 

Bakıvaxtı.az “Musavat.com”a istinadən xəbər verir ki, “Babylon” adlı quru yük gəmisi Rusiyanın Anapa şəhəri yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Hücum nəticəsində gəmi zədələnsə də, ekipaj üzvlərinin təhlükəsizliyi təmin edilib. Gəmidə olan dənizçilər təxliyə edilərək yaxın limana çatdırılıblar. İlkin məlumatlara əsasən, ekipaj üzvləri arasında ölən və ya ağır yaralanan olmayıb.

Hadisənin hansı tərəfin hücumu nəticəsində baş verdiyi barədə rəsmi açıqlama verilməyib. Son günlər Qara dəniz və Azov dənizi akvatoriyasında Rusiya-Ukrayna müharibəsi fonunda mülki yük gəmilərinə qarşı dron hücumlarının sayı artıb. Beynəlxalq Dəniz Təşkilatı (IMO) da mülki gəmiçilik üçün təhlükələrin artdığı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Odessa sahilləri yaxınlığında “Atlas Bey” yük gəmisi də dron hücumuna məruz qalmışdı.

Həmin gəmidə 11 azərbaycanlı dənizçi olub. Hücum nəticəsində gəminin kapitanı, azərbaycanlı Səməd Nəsrullayev həlak olmuş, digər ekipaj üzvləri isə təhlükəsiz şəkildə təxliyə edilmişdilər.

Hazırda “Babylon” gəmisi ilə bağlı zərərin miqyası və insidentin digər detalları üzrə araşdırmalar davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026