ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda telefon danışığı zamanı Pentaqon rəhbəri Pit Heqseti Polşaya qoşun göndərilməsini dayandırmaq qərarına görə danlayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Söhbət zamanı Tramp Heqsetdən Polşaya qoşun göndərilməsinin niyə ləğv edildiyini soruşub. Bundan sonra o, Heqsetə izah edib ki, ABŞ Polşaya pis yanaşmamalıdır, onun ABŞ-nin müttəfiqi olduğu və Ağ Evlə sıx əlaqələrinin olduğu nəzərə alınmalıdır.
Qeyd edilir ki, Pit Heqsetin qərarı respublikaçı və demokrat qanunvericilər, eləcə də Polşa məmurları tərəfindən kəskin tənqidə səbəb olub, onlar bu addım barədə özləri ilə məsləhətləşmələrin aparılmadığını bildiriblər.
Pentaqon rəhbərinin hərəkətləri bəzi məmurları təəccübləndirib, çünki İranla müharibədə ABŞ strategiyasını Polşa yox, Almaniya tənqid edirdi.
Bakı 




