İranın Londondakı səfiri Seyid Əli Musəvi Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Səfirin çağırılması barədə qərar biri İran və biri Britaniya-İran vətəndaşı olan iki şəxsə qarşı xarici kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilinən son ittiham aktından sonra verilib. Biz İranın və onun göstərişlərini yerinə yetirənlərin təhdidlərinə son dərəcə ciddi yanaşırıq.
Hökumət Britaniya xalqını qorumaq üçün bütün lazımi addımları atacaq, o cümlədən İranın daxildə və xaricdə sabitliyi pozan hərəkətlərini ifşa edəcək", - məlumatda deyilib.
Qeyd edək ki, ötən həftə Britaniyada iki nəfərə qarşı İranın xeyrinə Britaniya yəhudi icmasına casusluq ittihamı irəli sürülüb./Axar.az
Bakı 




