• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə sərnişin avtobusu aşdı - Xeyli sayda yaralı var

DÜNYA

23 Mart 2026 | 20:39 | Müəllif: Subhan Mahmudov

Türkiyədə sərnişin avtobusu aşdı - Xeyli sayda yaralı var

Türkiyənin Konya vilayətində sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Bakıvaxtı.az xəbər verir ki, qəza günorta saatlarında Seydişehir rayonunda baş verib.

İlkin məlumata görə, Antalyadan Konya istiqamətində hərəkət edən avtobus yağış səbəbindən sürüşkən yolda idarəetməni itirib. Hadisə zamanı avtobusda 37 sərnişin olub.

Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026