q
  • Bakı 13° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

2 türk dövləti Tacikistanla yeni enerji layihəsi həyata keçirir

DÜNYA

22 Aprel 2026 | 17:52

2 türk dövləti Tacikistanla yeni enerji layihəsi həyata keçirir

“Qırğızıstan, Özbəkistan və Tacikistan yeni enerji layihəsi həyata keçirir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Talaybek İbrayev bildirib.

Nazirin sözlərinə görə, Dünya Bankı layihəyə 40 il ərzində 40 milyon dollar ayıracaq. Təşəbbüs Mərkəzi Asiya ölkələrində elektrik xətlərinin çəkilməsi və yarımstansiyaların modernləşdirilməsi planlarını əhatə edir.

Qırğızıstanın Özbəkistanla sərhəd bölgəsi Cəlalabaddakı iki yarımstansiya tamamilə təmir olunacaq.

“Hazırda Türkmənistandan elektrik enerjisi alırıq, daha sonra bu layihə çərçivəsində Türkmənistana elektrik enerjisi satmağa başlayacağıq. Elektrik enerjisi ixrac edən ölkəyə çevriləcəyik”, - Talaybek İbrayev qeyd edib.


SON XƏBƏRLƏR