q
  • Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Britaniya ilə ticarət dövriyyəsi kəskin azalıb

İQTİSADİYYAT

22 Aprel 2026 | 13:58

Britaniya ilə ticarət dövriyyəsi kəskin azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 60 milyon 122 min ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 % azdır.

Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 98,5 % azalaraq 1 milyon 99 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 76,2 % azalaraq 59 milyon 22 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 0,6 %-i qədər olub. O cümlədən, Böyük Britaniyaya ixrac ümumi ixracın 0,02 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,4 %-ni təşkil edib.


SON XƏBƏRLƏR