Əməkdar artist Nüşabə Ələsgərli haqqında deyilən "şou-biznesin" ən varlı ifaçısı" sözlərinə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, "Öz aramızda" verilişində bununla bağlı sualları cavablandıran müğənni illərdir toylardan pullar qazandığını bildirib. O qeyd edib ki, ən böyük zənginliyi yaxşı dostlarının olmasıdır:
"Anadangəlmə xasiyyətim belədir: cibimdə 1 qəpik belə olmasa özümü tox tutmuşam. Kiməsə zəng edim, Azərbaycanın bütün bölgələrində dostlarım var. Zənginlik budur. Efirdə ağlayıb, nəyimsə yoxdur deməmişəm. Həmişə pozitiv, hamıdan gözəl, varlı, xoşbəxtəm. Olmayan vaxtlarım da olub. Zəhmət çəkib qazanmışam, hamı qazanıb. Başqaları da toyda oxuyub qazanıb. Həmin pulları qazanmışıq, sadəcə efirdə ağlamamışam. Bircə bacım və anam dünyasını dəyişəndə efirdə ağlamışam. Maddiyat baxımından özümü sınıq, sökük, əzik göstərməmişəm. Mənim yaxşı ətrafım var. Kiməsə zəng edib kömək istəyəcək dostlarım var. Ən böyük zənginlik budur".Axşam.az
Bakı 




