• Bakı 29° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

BŞTİ-də yeni kadr təyinatı

CƏMİYYƏT

22 Aprel 2026 | 10:41

BŞTİ-də yeni kadr təyinatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Pərvin Quliyeva BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Pərvin Quliyeva 2021-2023-cü illərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsində baş mütəxəssis, 2023-2024-cü illərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsində məsləhətçi, 2024-2026-cı illərdə Təhsil İnstitutunun Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026