• Bakı 20° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Yuxularınızı xatırlamaq üçün sadə QAYDALAR

CƏMİYYƏT

22 May 2026 | 09:48

Yuxularınızı xatırlamaq üçün sadə QAYDALAR

Bir çox insan "heç yuxu görmürəm" desə də, mütəxəssislər bildirirlər ki, əslində hər kəs yuxu görür, sadəcə çoxu oyandıqdan sonra onları xatırlamır.

Bakıvaxtı.az xəbər verir ki, nevroloqların sözlərinə görə, yuxular əsasən beynin ən aktiv olduğu REM mərhələsində baş verir. Bu mərhələyə daha rahat keçmək və yuxuları daha yaxşı xatırlamaq üçün bir neçə vacib qaydaya əməl etmək tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, ilk növbədə düzgün yuxu rejimi vacibdir. Hər gün eyni saatda yatmaq beynin yuxu ritmini normallaşdırır və yuxu görmə ehtimalını artırır.

Telefon və planşetdən gələn mavi işıq da yuxulara təsir edir. Yatmazdan ən azı 1 saat əvvəl ekrandan uzaq durmaq məsləhət görülür. Çünki bu işıq beyində melatonin hormonunun azalmasına səbəb olur.

Psixoloqlar həmçinin qeyd edir ki, stress və gərginlik yuxuların yadda qalmasını zəiflədir. Rahat musiqi dinləmək, otağı qaranlıq saxlamaq və ağır yeməklərdən uzaq olmaq daha keyfiyyətli yuxuya kömək edir.

Araşdırmalara görə, yuxudan oyanan kimi görülən yuxunu yazmaq da onu yadda saxlamağı asanlaşdırır. Bu üsuldan istifadə edən insanların zamanla daha çox yuxu xatırladığı bildirilir./Milli.az


SON XƏBƏRLƏR

21 May 2026