Rusiyada yanacaq bazarında baş verən son dəyişikliklər fonunda yeni məhdudiyyət tətbiq olunub.
Bakıvaxtı.az xəbər verir ki, “Avito” platforması benzinin təkrar satışı ilə bağlı bütün elanları gizlədəcəyini açıqlayıb. Şirkətin mətbuat xidmətinin məlumatına görə, bu addım əsas tələbat malları üzərində mümkün spekulyasiyaların qarşısını almaq məqsədi daşıyır.
Bildirilib ki, platforma bu kateqoriya üzrə qaydaları yenidən nəzərdən keçirəcək və bəzi əməliyyatlara qadağa tətbiq edə bilər.
Rosstatın məlumatına əsasən, benzinin qiyməti ardıcıl ikinci həftədir ki, təxminən 1 faiz artır. Dizel yanacağında da bahalaşma qeydə alınıb.
Rusiya Mərkəzi Bankı isə yanacaq istehsalının azalması səbəbindən inflyasiya risklərinin yüksəldiyini bildirib.
Hökumət yanacaq təchizatının Energetika Nazirliyinin daimi nəzarətində olduğunu açıqlayıb. Bir sıra mərkəzi regionların hakimiyyət orqanları şəbəkə yanacaqdoldurma məntəqələrində yanacağın kifayət qədər olduğunu bəyan etsə də, bəzi özəl yanacaqdoldurma məntəqələrində problemlərin müşahidə edildiyi qeyd olunur.
Tver vilayətində isə fiziki şəxslər üçün benzin satışı müvəqqəti məhdudlaşdırılıb. Məhdudiyyət “Surqutnefteqaz” və “Tatneft” şəbəkələrinə aiddir.
Bakı 



