• Bakı 25° C

    12.44 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Xətaidə yerləşən 5 evin uçma təhlükəsi yaranıb - VİDEO

CƏMİYYƏT

20 Iyun 2026 | 21:20

Xətaidə yerləşən 5 evin uçma təhlükəsi yaranıb - VİDEO

Bakıda evlərdə yaranan iri çatlar sakinləri öz mənzillərini tərk etməyə məcbur edib.

Bakıvaxtı.az Xəzər Tv-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsindən gedir.

Bir müddət əvvəl sözügedən küçədə yağış kollektorlarında yaranmış nasazlıq səbəbi ilə həmin küçədə Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yeni müasir kollektorun tikintisinə başlanıb. Sakinlərin sözlərinə görə, ərazidə kollektor tikintisi işlərinə başlanandan sonra bir neçə fərdi yaşayış evində təhlükəli vəziyyət yaranıb. Onlar iddia edirlər ki, aparılan qazıntı və tikinti işləri nəticəsində evlərin divarlarında ciddi çatlar əmələ gəlib.

Evlərin təhlükəli vəziyyətə düşdüyünü deyən sakinlər bildirirlər ki, aidiyyəti qurumlar tərəfindən bəzi ailələr müvəqqəti olaraq kirayə mənzillərə köçürülüb.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyyatları Agentliyindən bildirildi ki, kollektorun üzərində və mühafizə zonasında tikilən evlər səbəbindən infrastrukturda qəza yaşanıb. Hazırda qəzalı vəziyyətdə olan kollektorun yenisi ilə əvəzlənməsi işləri aparılır. Ərazidəki bir neçə sakinə 2 aylıq kirayə pulu verilib, onlara əşyalarını daşımaları üçün də əlavə məbləğ ödənilib. Prosesdən bir ay keçib. Növbəti ay da tamam olandan sonra müvafiq qərar veriləcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR