• Bakı 20° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb

CƏMİYYƏT

22 May 2026 | 10:38

“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb

“Deloitte” şirkəti tərəfindən ənənəvi olaraq təşkil edilən “Best managed companies” biznes mükafatının sahibləri müəyyən olunub.

“Azərsun Holdinq” də idarəetmənin peşəkar səviyyədə təmin edilməsi, şəffaflıq, həyata keçirilən layihələr və müsabiqənin digər şərtlərinə cavab verdiyi üçün ikinci dəfə təltif edilib.

Müsabiqədəki iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər.

Adıçəkilən şirkətlər qrupu da 6 ay ərzində aparılan müvafiq yoxlama və müsahibələrdən uğurla keçərək adını qaliblər siyahısına yazdıra bilib.


SON XƏBƏRLƏR

21 May 2026