ABŞ Hizbullahla əlaqəli bir qrup Livan siyasətçisinə və təhlükəsizlik məmuruna qarşı sanksiyalar tətbiq edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Departamentindəki mənbə "Əl-Cəzirə"yə bildirib.
"Məhdudiyyətlərin hədəfində olanlar Hizbullahın tərk-silah edilməsi səylərinə mane olur və Livan dövlətinin ziyanına hərəkət edirlər", - məlumatda qeyd olunur.
Sanksiyalara Livanın 8 vətəndaşı və İranın 1 diplomatı məruz qalacaq.
Onların arasında parlament üzvləri Həsən Fədlallah, İbrahim əl-Musəvi, Hüseyn Həcc Həsən və keçmiş nazir Məhəmməd Fneiş də var.
Bakı 




