• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Netanyahu orduya Livanda atəşi dayandırmaq əmri verdi

DÜNYA

20 Iyun 2026 | 20:27 | Müəllif: Əli Hüseynov

Netanyahu orduya Livanda atəşi dayandırmaq əmri verdi

İsrail ordusuna Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri İsrael Kats tərəfindən Livanda atəşin dayandırılması ilə bağlı göstəriş verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Channel 12" telekanalı məlumat yayıb.

Məlumata görə, göstəriş siyasi hakimiyyətlə ABŞ arasında aparılan koordinasiyadan sonra verilib. Bununla belə, İsrail ordusunun Livanın cənubundan geri çəkilməyəcəyi bildirilib.

İsrail Müdafiə Qüvvələri (SAXAL) isə açıqlamasında siyasi rəhbərliyin direktivlərinə uyğun olaraq atəşkəs razılaşmasına sadiq qaldığını və İsrail dövlətinə, eləcə də SAXAL-a qarşı hər hansı təhdidi aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcəyini bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR