• Bakı 25° C

    12.44 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Bəqai: İran nümayəndə heyəti bir neçə saatdan sonra İsveçrəyə yola düşəcək

DÜNYA

20 Iyun 2026 | 19:01

Bəqai: İran nümayəndə heyəti bir neçə saatdan sonra İsveçrəyə yola düşəcək

İranın danışıqlar aparan nümayəndə heyəti bir neçə saatdan sonra İsveçrəyə yola düşəcək.

Bakıvaxtı.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.

"İran nümayəndə heyətinin səfəri danışıqların ikinci mərhələsinin başlaması demək deyil, öhdəliklərin icrasına nəzarət etmək məqsədi daşıyır", - o bildirib.

Bəqai qeyd edib ki, öhdəliklər tamamilə aydındır və anlaşma memorandumunun birinci bəndi tərəflərin qarşılıqlı öhdəliklərinin ən vacib hissəsini, yəni Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılmasını əhatə edir:

"Biz öz öhdəliklərimizə əməl etdik, lakin qarşı tərəf öz müttəfiqlərini, xüsusən də İsraili Livanda atəşkəsə məcbur etməli idi, biz isə bunu müşahidə etmədik və bu, atəşkəs razılaşmasının açıq şəkildə pozulması hesab olunur.

Dəniz blokadasının ləğvi və Hörmüz boğazının açılması məsələsi ilə bağlı öhdəliklər yerinə yetirilib, lakin qarşılıqlı anlaşma memorandumu bütöv və bir-biri ilə əlaqəli bir paketdir. Əgər öhdəliklərin hər hansı bir hissəsi yerinə yetirilməsə, bütün bu memorandum problemlərlə üzləşəcək; xüsusilə nəzərə alsaq ki, birinci bənd bu razılaşmanın ən vacib hissəsidir".

Onun sözlərinə görə, ABŞ öz öhdəliklərini yerinə yetirmək üçün ən qısa zamanda lazımi tədbirlər görməlidir, əks halda bütün memorandum problemlərlə üzləşəcək.

Daha əvvəl Pakistan XİN İsveçrə görüşü haqqında məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026