• Bakı 26° C

    10.54 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

İran heyətlə İsveçrəyə getdi - YENİLƏNİB

DÜNYA

20 Iyun 2026 | 19:28

İran heyətlə İsveçrəyə getdi - YENİLƏNİB

İranın "Minab 168" nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün İsveçrənin Sürix şəhərinə yola düşüb.

Bakıvaxtı.az  IRIB-yə istinadən xəbər verir ki, nümayəndə heyətinə parlamentin sədri Məhəmmədbaqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri, Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti, İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, xarici işlər nazirinin müavini Kazım Qəribabadi, XİN-in sözçüsü İsmayıl Bəqai, eləcə də digərləri daxildir.

İ. Bəqainin sözlərinə görə, bu səfər qarşı tərəfin öhdəliklərini yerinə yetirməsinə nəzarət etmək məqsədi daşıyır: "Qarşı tərəfin öhdəlikləri pozması təcrübəsini nəzərə alaraq, biz onlardan razılaşmaya əməl etməyi ciddi şəkildə tələb etməliyik".

Qeyd edək ki, ABŞ ilə İsrailin İrana hücumları zamanı ümumilikdə 281 şagird və müəllim həlak olub. Onlardan 168-I Minabdakı qızlar məktəbinin bombalanmasından sonra ölüb. İran nümayəndə heyətinin belə adlandırılması hərbi cinayət xatırlatması kimi xarakterizə olunur.

***

18:06

ABŞ-nin vitse-prezidenti Cey Di Vens yaxın günlərdə İranla danışıqlar üçün İsveçrəyə getməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalının efirində bildirib.

"Mən təxminən yaxın iki gün ərzində yola düşməyi planlaşdırıram", - o deyib.

C.Vens, həmçinin bildirib ki, amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşner artıq İsveçrədədirlər və orada texniki məsələlər üzrə məsləhətləşmələr aparırlar.

Onun sözlərinə görə, tezliklə İrandan olan danışıqçılar komandası da İsveçrəyə getməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026