• Bakı 18° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

İrpen rəsmisi şəhərin bərpasında dəstəyə görə Azərbaycana təşəkkür etdi

WUF13

21 May 2026 | 19:10

İrpen rəsmisi şəhərin bərpasında dəstəyə görə Azərbaycana təşəkkür etdi

İrpenin bərpası beynəlxalq tərəfdaşlarımızın mühüm töhfəsi sayəsində mümkün oldu. 20-dən çox təşkilat şəhərin bərpasına qoşuldu. Bu gün biz əməkdaşlıq və qarşılıqlı etimadın dəyərli təcrübəsinə əsaslanırıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu İrpin Şəhər Şurasının katibi - Mer vəzifəsini icra edən Anjela Makeiyeva BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol” adlı tədbirdə deyib.

O vurğulayıb ki, sözügedən tərəfdaşlar arasında Azərbaycan xüsusi yer tutur:

“Zərifə Əliyevanın xatirəsi bizim şəhərdə yaşayır. Onun şərəfinə adlandırılmış parkda uşaqlar Azərbaycan dilini öyrənirlər. Bütün tərəfdaşlar arasında Azərbaycan və Qazaxıstan yenidən icmalarımızın həyatı üçün həyati əhəmiyyət daşıyan sahələrdə mühüm rol oynayır. Buna görə biz səmimi minnətdarıq və əməkdaşlığımızı daha da dərinləşdirməyə, şəhərimiz üçün ən vacib obyektlərin birgə bərpasını davam etdirməyə hazırıq”.


SON XƏBƏRLƏR