• Bakı 20° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Keniyalı səfir: Uğurlu mənzil proqramı üçün özəl sektorla tərəfdaşlıq vacibdir

WUF13

21 May 2026 | 16:39

Keniyalı səfir: Uğurlu mənzil proqramı üçün özəl sektorla tərəfdaşlıq vacibdir

“Uğurlu mənzil proqramı güclü siyasi iradə, maliyyə sistemi və özəl sektor tərəfdaşlığı üzərində qurulmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən sessiyada Keniyanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) üzrə daimi nümayəndəsi və səfiri Süzan Naxumiça Vafula səsləndirib.

O bildirib ki, Keniyada hər bir vətəndaşın adekvat və əlçatan mənzil hüququ Konstitusiya ilə təmin olunub və bu müddəa 2016-cı il Milli Mənzil Siyasəti və 2024-cü il Əlçatan Mənzil Aktı ilə hüquqi baxımdan gücləndirilib.

Onun sözlərinə görə, mənzil proqramının əsas dayaqlarından biri dayanıqlı maliyyələşmə modelidir və bu çərçivədə əməkhaqqının 1,5 faizi həcmində mənzil fondu yığımları formalaşdırılır.

Səfir qeyd edib ki, dövlət təkbaşına mənzil təminatını həyata keçirə bilmədiyi üçün özəl sektor və maliyyə institutları ilə güclü tərəfdaşlıq qurulub, dövlət isə əsasən infrastruktur və torpaq təmin edir:

“Keniyada banklar və maliyyə qurumları vasitəsilə uzunmüddətli və aşağı faizli kredit mexanizmləri yaradılaraq vətəndaşların mənzil əldə etməsi asanlaşdırılır”.

O vurğulayıb ki, mənzil siyasətində siyasi iradə həlledici rol oynayır və bu sahə Keniyada artıq milli prioritetə çevrilib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 May 2026