Müğənni Rəqsanə İsmayılova reperlərə müraciət edərək onlardan yeni mahnı istəyib.
Bakıvaxtı.az xəbər verir ki, o, açıqlamasında bildirib ki, onun üçün yazılacaq bəstənin mütləq yaddaqalan və fərqli olması vacibdir.
Sənətçi qeyd edib ki, indiyə qədər ifa etdiyi mahnılar uzun illərdir dinləyicilər tərəfindən sevilir və unudulmur:
"Reperlərə səslənirəm ki, janrından asılı olmayaraq mənə gözəl mahnılar yazın. Süni intellektlə mahnı yazıb atırlar, dinləyirəm hamısını. İçində bəyəndiyim də var, bəyənmədiyim də. Mənim bütün mahnılarım demək olar ki, tarixdə qalıb. 30 ildir onları oxuyurlar"./Azxeber
Bakı 




