q
  • Bakı 14° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Şagirdin yandırılması ilə bağlı cinayət işi açıldı

CƏMİYYƏT

22 Aprel 2026 | 13:05

Şagirdin yandırılması ilə bağlı cinayət işi açıldı

Bakıda orta məktəbin IX sinif şagirdinin yanıq xəsarət alması faktı ilə bağlı cinayət işi açılıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsində faktla bağlı cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

TƏBİB-dən verilən məlumata görə, aprelin 20-də yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


SON XƏBƏRLƏR