q
  • Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

ABŞ bu ölkəyə nağd dollar göndərişlərini dondurur

DÜNYA

22 Aprel 2026 | 08:26

ABŞ bu ölkəyə nağd dollar göndərişlərini dondurur

ABŞ İraqa nağd dollar göndərişlərini dayandırıb və təhlükəsizlik əməkdaşlığı proqramlarını dondurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri mənbələrə istinadla məlumat yayıb.

Bu addım İraq hakimiyyətinə İranyönlü silahlı qruplara qarşı tədbirləri gücləndirmək üçün təzyiq məqsədilə atılıb.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi Nyu-York Federal Ehtiyat Bankındakı hesablardan İraqın neft gəlirlərinə aid təxminən 500 milyon dolların köçürülməsini bloklayıb.

Bundan əlavə, İraq ordusu və antiterror bölmələri üçün bəzi təlim proqramlarının maliyyələşdirilməsi də dayandırılıb. Vaşinqtonun bu addımları Bağdada təzyiqi artırmaq və İranla əlaqələri zəiflətmək cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, 2003-cü ildən sonra İraqın neft gəlirləri Nyu-York Federal Ehtiyat Bankında saxlanılır. ABŞ daha əvvəl də vəsaitlərin terror qruplarına keçməsi riskinə görə nağd köçürmələri müvəqqəti dayandırmışdı.


SON XƏBƏRLƏR

21 Aprel 2026