q
  • Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

"Ford" şirkəti 140 000 avtomobili geri çağıracaq

DÜNYA

22 Aprel 2026 | 15:42

Ford şirkəti 140 000 avtomobili geri çağıracaq

"Ford Motor Company" ABŞ-də təxminən 140 000 "Ford Ranger" pikapını naqillərdəki problemlərə görə geri çağırır.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) açıqlama yayıb.

Açıqlamaya görə, günəşdən qoruyucu və ya başlıqdakı naqillər zədələnə bilər ki, bu da qısaqapanmaya və yanğına səbəb ola bilər.

Dilerlər bu ərazilərdəki naqilləri yoxlayacaq və lazım gələrsə, dəyişdirəcəklər.

Onu da qeyd edək ki, 2026-cı ilin əvvəlindən bəri "Ford"un bazar kapitallaşması 2,6% azalaraq 51 milyard dollara düşüb.

Gülşən Şərif


SON XƏBƏRLƏR