• Bakı C

    7.68 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

İşə qəbul olunan direktorların sayı açıqlandı

CƏMİYYƏT

23 Yanvar 2026 | 20:42

İşə qəbul olunan direktorların sayı açıqlandı

2025-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib.

Bu barədə Bakıvaxtı.az-a MÜTDA-dan bildirilib. 

Qeyd edilib ki, ötən ilin 17–18 iyul tarixlərində müsahibə mərhələsi təşkil olunan direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb. Həmin mərhələdə iştirak edən 389 nəfər namizəd müsabiqə qaydaları ilə müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilib və 131 nəfərin direktor vəzifəsinə təyin edilməsi ilə bağlı müsbət rəy verilib.

Müsahibə mərhələsində iştirak edən bütün namizədlərin şəxsi səhifələrinə nəticələrlə bağlı məlumat göndərilib.


SON XƏBƏRLƏR