• Bakı C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO

CƏMİYYƏT

23 Yanvar 2026 | 18:35

Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO

Suraxanı RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Chevrolet" markalı 90-YD-239 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Elçin Aşurəliyev saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü E.Aşurəliyevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib

 


SON XƏBƏRLƏR