• Bakı C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

İcra başçısı nümayəndələrini dəyişdi

CƏMİYYƏT

23 Yanvar 2026 | 18:40

İcra başçısı nümayəndələrini dəyişdi

Bakının Səbail Rayon İcra Hakimiyyəti başçısının bəzi nümayəndəlikləri üzrə kadr dəyişiklikləri həyata keçirilib.

Bakıvaxtı.az  İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı rayon icra başçısı Vüqar Zeynalov əmrlər imzalayıb.

Belə ki, müvafiq əmrlə RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov vəzifəsindən azad olunub. O, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi (mühəndis) vəzifəsinə təyin edilib.

Digər əmrlə RİH başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Yusif Məmmədov vəzifəsindən azad olunub. O, RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyinat alıb.


SON XƏBƏRLƏR