• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Tiktoker "Şəkili Pərviz" həbs olundu

CƏMİYYƏT

23 Yanvar 2026 | 19:33 | Müəllif: Subhan Mahmudov

Tiktoker "Şəkili Pərviz" həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. 

Bakıvaxtı.az-ın "Unikal.az"a istinadən məlumatına görə, TikTokda "Şəkili Pərviz" ləqəbi ilə tanınan Alxasov Vahab Vüqar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib. 

Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 25 günlük inzibati həbs qərarı elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026