• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Üzərində ilk robotik cərrahi əməliyyat aparılan xəstə evə buraxıldı

CƏMİYYƏT

23 Yanvar 2026 | 19:11 | Müəllif: Subhan Mahmudov

Üzərində ilk robotik cərrahi əməliyyat aparılan xəstə evə buraxıldı

Ötən gün üzərində ilk robotik cərrahi əməliyyatı aparılan xəstə evə buraxılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, robotik cərrahi əməliyyatla xolesistektomiya əməliyyatı olunan 23 yaşlı xəstə 24 saat müşahidə altında həkim nəzarətində saxlanılıb. Müvafiq müayinələrdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent yanvarın 23-də sağlam vəziyyətdə evə yazılıb.

Xatırladaq ki, Azərbaycanda ilk robotik cərrahi əməliyyatların icrasına başlanılıb. Yanvarın 22-də onun üzərində icra olunan robotik xolesistektomiya (öd kisəsinin cərrahi yolla çıxarılması) əməliyyatı uğurla başa çatıb.

Məlumat üçün bildirək ki, bu cür cərrahi əməliyyatlarda konsol cərrahı birbaşa xəstəyə toxunmur, bütün müdaxilələr robot sistemi üzərindən həyata keçirilir. O, 3D və 12 qat böyütməklə yüksəkdəqiqlikli görüntü sistemi altında çalışaraq əməliyyat sahəsini ətraflı şəkildə izləyir. Robot qollarının bütün hərəkətlərini - kəsmə, tikiş, disseksiya və digər cərrahi manipulyasiyaları - joystiklər vasitəsilə dəqiqliklə icra edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026