• Bakı C

    11.62 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Rusiyada azərbaycanlılara məxsus məşhur restoran bağlandı

CƏMİYYƏT

25 Dekabr 2025 | 12:17

Rusiyada azərbaycanlılara məxsus məşhur restoran bağlandı

Kazanda yerləşən "Bakinsky Dvorik" restoranının sahibi cərimələnib. Eyni zamanda müəssisədə aparılan yoxlamalar zamanı çoxsaylı inzibati və təhlükəsizlik pozuntuları aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qvardeyskaya küçəsində yerləşən restoranda keçirilən korporativ tədbirdən sonra gündəmə gəlib.

Belə ki, tədbir zamanı qonaqlar Verka Serduçkanın (ukraynalı sənətçi Andriy Danilko) mahnıları sədaları altında rəqs ediblər. Qeyd olunur ki, sözügedən ifaçı Rusiyada ekstremistlər siyahısında yer alır.

Sözügedən video görüntülərin internetdə yayılmasından sonra prokurorluq məsələ ilə maraqlanıb. Araşdırma nəticəsində restoran sahibinə qarşı inzibati tədbir görülüb. Bundan əlavə, yoxlamalar zamanı müəssisədə təhlükəsizlik məlumat vərəqəsinin olmaması, yanğın təhlükəsizliyi qaydalarının pozulması və digər qanun pozuntuları müəyyən edilib.

Nəzarət orqanının qaldırdığı iddia əsasında məhkəmə restoranın fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb. Hazırda məhkəmə icraçıları qərarın icrası ilə məşğuldur./Milli.Az


SON XƏBƏRLƏR