• Bakı C

    11.49 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Bəhruz Əzimov: Könüllü proqramlarında 275-dən çox gənc iştirak edib

CƏMİYYƏT

25 Dekabr 2025 | 10:50

Bəhruz Əzimov: Könüllü proqramlarında 275-dən çox gənc iştirak edib

Təhsil prosesi müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir və nəticələrə uyğun tədbirlər tətbiq olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirib.

O qeyd edib ki, fond çərçivəsində maliyyə məsuliyyəti, informasiya-kommunikasiya texnologiyaları, menecment, sosial iş və digər sahələr üzrə praktiki təcrübə proqramları həyata keçirilib. Bu proqramlar tələbələrə real iş mühitində bilik və bacarıqlar qazanmaq imkanı yaradıb.

Bəhruz Əzimov bildirib ki, fondun fəaliyyətində könüllü proqramları da xüsusi önəm daşıyır. Hər semestr bu proqramlar ödənişli təhsilə qəbul olunmuş, kreditdən istifadə etməyən tələbələrin təşviqi məqsədilə təşkil edilir.

Bu günə qədər fondun könüllü proqramlarında 275-dən çox gənc iştirak edib, praktiki təcrübə proqramları isə 6 müxtəlif sahəni əhatə edərək 50-dən artıq tələbənin bacarıqlarını inkişaf etdirməsinə imkan yaradıb.

Sədr əlavə edib ki, könüllülər əvvəlcə qanunvericilik və sistemin işləmə prinsipləri ilə tanış olur, xüsusi təlimlərdən keçirlər və sonradan vətəndaşlara zənglər vasitəsilə məlumatlandırma işləri aparırlar. Bu, həm maarifləndirməni gücləndirir, həm də fondun fəaliyyətinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

24 Dekabr 2025