• Bakı C

    11.62 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Peşə təhsili alan tələbələrin sayı artacaq - Səbuhi Rzayev

CƏMİYYƏT

25 Dekabr 2025 | 11:22

Peşə təhsili alan tələbələrin sayı artacaq - Səbuhi Rzayev

"Ali təhsilin əlçatanlığının artırılması Elm və Təhsil Nazirliyinin strateji hədəflərindən biridir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Kredit Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirib.

Onun sözlərinə görə, bu tədris ilində 2026-cı il üçün qoyulmuş hədəflərə artıq nail olunub və ali təhsil müəssisələrində həm tələbə sayı, həm də tədrisin keyfiyyəti artmaqdadır.

Rzayev qeyd edib ki, magistratura səviyyəsində bütün ixtisaslarda müasir tələblərə uyğun yeni tədris proqramları hazırlanıb və yaxın gələcəkdə bakalavr səviyyəsində də tətbiq olunacaq.

Eyni zamanda Fond təkcə ali təhsil deyil, orta ixtisas və peşə təhsili alan tələbələrə də imkanlar təqdim edir. Orta ixtisas təhsili üçün aparılan islahatlar, yeni təyinatlar və infrastruktura dair tədbirlər peşə təhsili sahəsində yeni inkişaf perspektivlərini göstərir.

O əlavə edib ki, bu tədbirlər nəticəsində kreditdən yararlanan tələbələrin sayı həm ali, həm də orta ixtisas və peşə təhsili səviyyəsində artacaq.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

24 Dekabr 2025