Hesabatlarda həm maliyyə göstəriciləri, həm də illik yekunlar təqvim illəri üzrə aparılır. Hər təqvim ilində fond tərəfindən ayrılan vəsaitin həcmi artmaqda davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirib.
Sədrin sözlərinə görə, növbəti ildə əvvəlkindən təxminən 25–30% artım müşahidə olunur. Məsələn, 2021-ci ildə noyabrın sonunda fəaliyyətə başlanıldığı üçün dekabr ayı üçün yalnız 15 rəsmiləşmə olub və 11 milyondan bir qədər çox vəsait ayrılmışdı. Sonrakı illərdə isə ayrılan vəsaitin həcmi 10 milyon, 13 milyon, 17 milyon, 22 milyon və 26 milyon civarına çatıb. Bu il də ilin sonuna qədər vəsait ayrılması davam edir:
“Fondun fəaliyyəti çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitin dayanıqlığı təmin olunub. 2022-ci ildə növbəti illər üçün verilmiş proqnozlar bu gün özünü doğruldub. Hazırda 2025-ci il üçün proqnoz təxminən 23 milyon manat ətrafındadır və fond olaraq növbəti illər üçün də proqnozları həyata keçirməyə davam edirik”.
Bəhruz Əzimov qeyd edib ki, vəsaitin təsdiq kreditləri ilə bölüşdürülməsi ödənişli oxuyan tələbələrin sayından, təhsil haqqının dəyişməsindən və inflyasiya göstəricilərindən asılıdır. Hazırkı proqnozlara əsasən, gələcək illərdə vəsaitin həcmi 26–28 milyon manat civarında olacaq və 2028-ci ildən etibarən 30 milyon manat ətrafında stabilləşmə gözlənilir.
O bildirib ki, ümumilikdə fond tərəfindən ayrılmış vəsait 64 milyon 251 min manatdır. Sosial standart və sosial kredit üzrə bölgüyə görə 25 milyon manatdan çox vəsait sosial kreditlər üçün, 29 milyon manatdan çox isə standart üzrə kreditlər üçün ayrılıb:
“Hər il ayrılan kreditlərin orta məbləği artan dinamika ilə böyüyür. Bu il bir kreditə ayrılan vəsait 944 manat, ümumi kreditlər üzrə isə 913 manat təşkil edib.
Zeynəb Rzayeva
Bakı 




