Prezident İlham Əliyev "Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş"ə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, Saziş 1968-ci il aprelin 22-də London, Moskva və Vaşinqton şəhərlərində imzalanıb.
Saziş kosmik gəminin şəxsi heyətinin qəzaya uğraması, təcili və gözlənilmədən eniş etmə barədə məlumat alan Tərəfin vəzifələrini müəyyən edir bu sahədə yarana biləcək münasibətlərin effektiv qaydada tənzimlənməsini nəzərdə tutur.
Sənəddə kosmonavtlara mümkün olan bütün yardımların göstərilməsini, onların dərhal təhlükəsiz geri qaytarılmasını və s. məsələləri tənzimləyən bir sıra vacib müddəalar müəyyən edilib.
Sazişə əsasən, qəza, fəlakət, təcili və ya gözlənilmədən eniş səbəbi ilə kosmik gəminin şəxsi heyəti üçün bütün mümkün tədbirlərin görülməsi öhdəliyi müəyyənləşir, Razılığa gələn Tərəflərin üzərinə bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin dərhal məlumatlandırılması vəzifəsi qoyulur.
Xatırladaq ki, sözügedən Sazişə qoşulmaq barədə qanun layihəsi parlamentin 16 dekabr tarixli iclasında müzakirə olunub və ratifikasiya edilib.
Bakı 




