Pəncab Arxeologiya Departamenti Pakistanın Taxila yaxınlığında yerləşən Bxir yaşayış məntəqəsində aparılan qazıntılar zamanı e.ə. əvvəl VI əsrə aid yüksək səviyyədə inkişaf etmiş qədim sivilizasiyanın sübutlarını aşkar edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.
Məlumatda deyilir ki, qazıntılar zamanı dar küçələr, yaşayış yerləri, quyular, taxıl anbarları və gündəlik istifadə əşyaları da daxil olmaqla, erkən şəhərsalmanın əlamətləri aşkar edilib.
Mütəxəssislər şəhərin təbii şəkildə inkişaf etdiyini bildiriblər. Onun planı sonrakı yunan şəhərsalma modelindən fərqlənir və qədim şəhər həyatının əsas strukturunu əks etdirir.
Mərkəzi Asiya və Əfqanıstana gedən əsas ticarət yolları boyunca yerləşən bu qədim şəhər müxtəlif dövrlərə aid çoxsaylı unikal yerlərə ev sahibliyi edib. Bu, Makedoniyalı İsgəndərin Hindistan yürüşü zamanı ələ keçirdiyi Taxila yaxınlığındakı ən qədim yaşayış məskənidir./Teleqraf
Bakı 




