Düşmən logistikaya zərər vurub və bu da Vovçansk (Xarkov vilayəti) və ətraf ərazilərin müdafiəsini çətinləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” layihəsinin analitikləri bildiriblər.
“Düşmənin Vovçansk bölgəsində təzyiq göstərməyə davam etdiyi bildirilir. Sinelnikovo və Tsegelnoye yaxınlığında rusların irəliləyişləri barədə məlumat verilib. Rusların fəal şəkildə işğal etdiyi Vilçadakı boz zona da genişlənib. Həm şəhərin özündə, həm də ətraf ərazidə daimi müşahidələr aparılır”, - analitiklər qeyd ediblər.
Bildirilib ki, ruslar daha da irəliləmək üçün qüvvələr toplayırlar.
Bakı 




