"İslam Respublikasında baş verən repressiyalarda ölənlərin sayı 20 mini keçə bilər".
Bakıvaxtı.az "Bloomberg" xəbər agentliyinə istinadən xəbər verir ki, hazırda İrandan xaricdə yerləşən HRANA da daxil olmaqla, insan haqları təşkilatları son etirazlarda təxminən 5000 ölüm hadisəsini təsdiqləyib.
"Bloomberg" BMT-nin İran üzrə xüsusi məruzəçisi May Satoya istinadən yazıb ki, yanvar ayında baş verən kütləvi etirazlarda ölənlərin sayı 20 mini keçə bilər.
İranın Ali Milli Təhlükəsizlik Şurası qəzet və onlayn media qurumlarının rəhbərlərinə İran Milli İnqilabında həlak olanların sayı ilə bağlı müstəqil xəbərlər dərc etməkdən çəkinməyi və yalnız dövlət qurumları tərəfindən açıqlanan statistikaya istinad etməyi tapşırıb.
Bakı 




