• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Əbu-Dabidə üçtərəfli görüş BAŞA ÇATDI - YENİLƏNİB + VİDEO

DÜNYA

23 Yanvar 2026 | 23:47 | Müəllif: Subhan Mahmudov

Əbu-Dabidə üçtərəfli görüş BAŞA ÇATDI - YENİLƏNİB + VİDEO

Əbu-Dabidə Ukraynada nizamlanma ilə bağlı danışıqlar başa çatıb.

Bakıvaxt.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Bu arada, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ukraynadakı münaqişə tərəfləri sülh razılaşmasına yaxınlaşıblar.

Onun sözlərinə görə, hazırda bir neçə nizamlanma ssenarisi müzakirə olunur, lakin əsasən Donbasla bağlı ərazi məsələsi əsas olaraq qalır.

Fidan qeyd edib ki, bu məsələ həll olunmadan danışıqların çıxılmaz vəziyyətindən qurtulmaq mümkün deyil. Vaşinqtonun roluna münasibət bildirən Fidan əlavə edib ki, ABŞ-nin sülh yolu ilə həll yollarını tapmaqda "daha yaradıcı" olacağını gözləyir.

*** 20:29

Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupunun ilk iclası qapalı keçiriləcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026