Rusiyanın mövqeyi Venesuelanın dövlətçiliyini qoruyub saxlamağa kömək edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Siz çox yaxşı başa düşürsünüz ki, Rusiyanın çoxdankı mövqeyi olmasaydı, indi Venesuelanın dövlətçiliyindən çox az şey qalardı. Onlarla heç bir danışıqlar aparılmayacaqdı", - o bildirib.
Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduro ölkənin paytaxtı Karakasda ABŞ qüvvələrinin qısamüddətli hərbi əməliyyatı nəticəsində əsir alınaraq, ABŞ-a aparılıb. Bəzi ekspertlər isə Rusiyanı öz müttəfiqi olan Venesuelanı qoruya bilməməkdə ittiham edib.
Bakı 




