• Bakı C

    11.62 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Növbəti köç karvanı Qırmızı bazar qəsəbəsinə çatdı

    CƏMİYYƏT

    25 Dekabr 2025 | 13:07

    Növbəti köç karvanı Qırmızı bazar qəsəbəsinə çatdı

    İşğaldan azad olunan Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

    Bakıvaxtı.az xəbər verir ki, Qırmızı bazar qəsəbəsi bu gün 37 ailə olmaqla, 169 nəfərə qucaq açıb. Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.


    SON XƏBƏRLƏR