• Bakı C

    13.72 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Ermənistan “Tramp Marşrutu”nun tikintisinə gələn il başlayacaq

SİYASƏT

25 Dekabr 2025 | 09:34

Ermənistan “Tramp Marşrutu”nun tikintisinə gələn il başlayacaq

“Tramp Marşrutu” (TRIPP) adlanan təşəbbüsün icrasının praktiki mərhələsi, o cümlədən tikinti işlərinə başlanması 2026-cı ilə planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən bildirilib.

    Bildirilib ki, Ermənistan “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” layihəsinin hüquqi bazasının formalaşdırılması və tənzimləmə mexanizmlərinin hazırlanması üzrə amerikalı tərəfdaşlarla intensiv danışıqlar aparır.

    Qeyd edilib ki, Ermənistan–ABŞ birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyatdan keçiriləcək və dəmir və avtomobil yolları, neft-qaz boru kəmərləri, eləcə də optik lifli rabitə xətləri daxil olmaqla zəruri infrastrukturun inkişafı hüququna malik olacaq.


    SON XƏBƏRLƏR

    24 Dekabr 2025