• Bakı C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

“Durbin missiyası”nın hədəfi Qafqazda “ikinci Ukrayna ssenarisi”ni reallaşdırmaqdır

SİYASƏT

23 Yanvar 2026 | 16:22

“Durbin missiyası”nın hədəfi Qafqazda “ikinci Ukrayna ssenarisi”ni reallaşdırmaqdır

Sülh sazişi qüvvəyə mindikdən sonra Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə ehtiyac qalmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter bildirib.

Bununla belə, o qeyd edib ki, missiyanın 2023-cü ildən bəri həyata keçirdiyi fəaliyyətlər gələcəkdə də müəyyən formada davam etdiriləcək. Qeyd edək ki, sözügedən missiyanın tərkibində Aİ-yə üzv 25 ölkə və Kanadanın təmsilçiləri yer alır.

Siyasi şərhçi Samir Əsədli Bakıvaxtı.az-a deyib ki, Ermənistanda yerləşən Avropa İttifaqının müşahidə missiyasının adı “mülki” olsa da, tərkibində Fransa jandarması, Almaniya ordusuna mənsub şəxslər də var.

Ekspert vurğulayıb ki, mülki missiya sadəcə Avropa İttifaqına aid deyil, çünki orada Kanadadan da nümayəndələr var:

“Azərbaycan tərəfi bu “mülki missiya”nın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bununla bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. Azərbaycanı haqlı olaraq narazı salan hal odur ki, Aİ "missiya"sı Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir və tərkibi genişlənir. Ermənistan isə hələ də anlamır ki, bu “missiya”nın fəaliyyəti sülh prosesinə zərər verir. Üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir”.

Samir Əsədli: Ermənistan hələ də anlamır ki, bu “missiya”nın fəaliyyəti sülh prosesinə zərər verir

Müsahibimiz görə, bütün bunlar onu deməyə əsas verir ki, Aİ “missiya”sının qeyd olunan “avtoralliləri” bölgəni gərginliyə sürükləməyə yönəlib. Dediyinə görə, hədəf  Qafqazda “ikinci Ukrayna ssenarisi”ni reallaşdırmaqdır. “Missiya”nın gələcəkdə də müəyyən formada fəaliyyətini davam etdirmək niyyətində olması yeni təxribatlara hazırlığın göstəricidir”.

Aydın Baxış


SON XƏBƏRLƏR